Bəşər Əsəd İranın vasitəçiliyini alqışlayıb

Hurriyyet.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Tehranın Ankara ilə Dəməşq arasında dialoqun baş tutması səylərinə qoşulmasını alqışlayıb.
SANA agentliyinin yaydığı xəbərə görə, bu açıqlamanı Suriya Prezidenti Bəşər Əsəd İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüş zamanı verib. Əsəd Türkiyə ilə münasibətləri normallaşdırmaq səylətindən danışarkən deyib: “Konkret nəticələrin əldə edilməsi üçün qarşıdakı danışıqlar yaxşı hazırlanmalı və dəqiq gündəliyə malik olmalıdır. Dövlət tərəfindən atılacaq istənilən siyasi addımlar Suriya xalqının maraqlarına cava verməlidir”.
Ankaradan sonra Dəməşqə səfərə getmiş Abdullahiyan da öz növbəsində Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək əlavə edib: “İran Suriya rəhbərliyinin qərarlarına tam etibar edir və Dəməşqlə eyni mövqedə durur”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya