Bernsin müəmmalı səfəri: İrəvanda nələr baş verir?

2022-07-20 09:27:00

Bernsin müəmmalı səfəri: İrəvanda nələr baş verir?

Qısa olaraq bildirə bilərəm ki, ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin (MKİ) direktoru Bernsin Ermənistana 15 iyulda səfəri cəmi bir neçə saat davam edib. Ola bilsin ki, o, səfərdən sonra və ya əvvəl digər region ölkələrinə də gedib. Və bunlar haqda mediaya məlumat verilməyə bilər. Ermənistana səyahəti isə mətbuata necəsə sızdırılmış ola bilər.

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov Axar.az-a ABŞ və Rusiya kəşfiyat xidmətləri rəislərinin Ermənistana ardıcıl səfərləri ilə bağlı açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bu səfərin hazırda Rusiya-Qərb gərginliyi, eyni zamanda, İranla bağlı məsələlərlə əlaqədar olması istisna edilmir:

“Bildiyimiz kimi, rəsmi və qeyri-rəsmi olaraq ABŞ tərəfindən Ermənistana dəfələrlə xəbərdarlıq edilib. Bu xəbərdarlıqların əsas mahiyəti ondan ibarətdir ki, Rusiyanın sanksiyalardan yayınması üçün Ermənistandan istifadə etməsi Ermənistana baha başa gələr bilər. Səfərin bu qeyd edilən məsələ ilə bağlı olması da gözardı edilməməlidir”.

Analitik onu da bildirib ki, məsələ ilə bağlı erməni ekspertlərin də öz fərziyələri var:

“Təbii ki, detalları ictimaiyətə açıqlanmayan bir səfərlə bağlı konkret bir fikir bildirməsələr də, onların düşüncəsinə görə, Ermənistanda Rusiya və ABŞ arasında hansısa gizli danışıqlar həyata keçirilib. Və MKİ rəhbərinin səfəri Rusiya ilə hansısa gizli danışıqlar üçün nəzərdə tutulub. Təbii ki, bunu da təsdiq edəcək xüsusi bir fakt yoxdur”.

Vasif Hüseynov Narışkinin səfərinə də xüsusi marağın olduğunu vurğulayıb:
“Narışkin özü belə hesab etməsə də, onun 18 iyulda İrəvana səfərinin MKİ rəhbərinin səfəri ilə birbaşa əlaqəsi var. Çünki əgər Rusiya Ermənistandan sanksiyalardan yayınma vasitəsi kimi istifadə edirsə, ABŞ-ın buna əks tədbiri olmalıdır.

Bu konteksdə maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın “Boinq” şirkəti 2041-ci ilə qədər satışlar nəzərdə tutulmayan ölkələr siyahısına Rusiya ilə bərabər Mərkəzi Asiya ölkələrindən də bəzilərini əlavə edib. Bu o deməkdir ki, artıq sanksiyaların hədəfində təkcə Rusiyanın özü yox, həm də Rusiyanın sanksiyalardan yayınmasına köməklik göstərən ölkələr də var. Və bu konketksdə ABŞ tərəfindən Ermənistana qarşı da müəyyən tədbirlərin görülməsi istisna edilmir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061894