Berlindən Moskvaya xəbərdarlıq: Ciddi nəticələri olacaq!
2021-12-01 13:40:00
NATO Rusiya ilə dialoq üçün bütün imkanlardan istifadə etməlidir.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Hayko Maas deyib.
O bildirib ki, alyans üzvləri Rusiya qoşunlarının hərəkəti ilə bağlı şəffaflıq tələb edir:
“Ukraynanın ərazi bütövlüyü pozularsa, o zaman Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər”.