Berlindəki erməni cinayəti: Avtomobildən Türkiyə ilə bağlı sənədlər çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

2022-06-08 21:56:00

Berlindəki erməni cinayəti: Avtomobildən Türkiyə ilə bağlı sənədlər çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Berlində erməni əsilli Almaniya vətəndaşının avtomobilini insanların üzərinə sürməsilə bağlı yeni təfərrüatlar məlum olub.

İnsident nəticəsində artıq 6 nəfərin öldüyü, 30 yaxın şəsxin is yaralandığı bildirilib.

Həmçinin, avtomobildən Türkiyə ilə bağlı sənədlərin tapılıdığı, cinayətin öncədən planlaşdırıldığı və siyasi motivli olduğu barədə iddialar səsləndirlib.

Mənbə: “Bild”

16:32

Almaniyada insanların üzərinə avtomobil sürən şəxsin kimliyi bəlli olub. 

Həmin şəxsin 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olduğu müəyyənləşib. 

Onun dindirildiyi bildirilir.

Hadisə zamanı ölən şəxs qadın müəllim, yaralanan şəxslər isə 15-16 yaşında şagirdlər olublar.

13:48

Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.

Hadisə Berlinin Şarlottenburq rayonunda, insanların sıx olduğu meydanda baş verib.

Nəticədə bir nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Almaniya polisi bunun qəsdən törədilə biləcəyini istisna etmir.

“Söhbətin bədbəxt hadisədən və ya qəsdən törədilmiş hərəkətlərdən getməsi hələlik məlum deyil. Əməliyyatçılar hadisəni törətdiyi güman edilən şəxsi yerindəcə saxlayıblar”, - deyə polisdən bildiriblər.

 Mənbə: Bild.de


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya