Berlin Qorbaçova yas tutur – bayraqlar endiriləcək, bundestaq sükuta dalacaq

2022-09-02 09:10:00

Berlin Qorbaçova yas tutur – bayraqlar endiriləcək, bundestaq sükuta dalacaq

“Matəm mərasimində “Putinlə Qorbaçovun arasındakı fərqi aydın göstərmək mümkün olar”

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun dəfn ediləcəyi gün Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində bayraqlar endiriləcək. Bundeslaqda bir dəqiqəlik sükut elan ediləcək. Alman siyasətçilər matəm mərasimini Almaniyada keçirmək istəyirlər.

Berlin rəhbərliyi şənbə günü – M.Qorbaçovun dəfn ediləcəyi 3 sentyabr tarixində bayraqları endirməyi qərara alıb. Berlin şəhərinin daxili işlər senatoru İris Şpranger deyib: “Biz, Almaniya Demokratik Respublikasındakı siyasi dəyişikliklərdəki xidmətlərinə görə öz fəxri vətəndaşımız Mixail Qoraçovun haqqını vermək istəyirik”. Onun sözlərinə görə, “İki üstəgəl dörd” müqaviləsinin imzalanması ilə o, Almaniyanın birləşməsinin yolunu açmağa kömək edib.

Müxtəlif partiyalardan olan alman deputatlar keçmiş sovet prezidentinin xatirə mərasiminin Almaniyada keçirilməsi çağırışları edirlər.

Bundestaqdakı Solçular partiyası fraksiyasının keçmiş başçısı Qreqor Quzi söyləyib ki, Qorbaçovun xatirəsinə keçiriləcək matəm mərasimində “Putinlə Qorbaçovun arasındakı fərqi aydın göstərmək mümkün olardı”.

Gələn həftənin çərşənbə günü, sentyabrın 7-də Almaniya parlamenti Mixail Qorbaçovun xatirəsini bir dəqiqəlik yad edəcək. Gün ərzində Reyxstaqın binasında bayraqlar endirilmiş olacaq.

Mixail Qorbaçov avqustun 30-da, 91 yaşında Moskva şəhərində vəfat edib. Postsovet respublikalarında kapitalizm əleyhdarları sosializm quruluşunu dağıtdığına görə onu lənətlə yad edirlər. Qorbaçov 1990-cı ildə Bakıda 20 yanvar qırğınlarının, 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs qətliamlarının təqsirkarı hesab edilir.

Lakin Qərbdə ona münasibət fərqlidir: Qorbaçovun islahatları nəticəsində Qərblə SSRİ arasında soyuq müharibə başa çatıb,  Almaniyanı iki yerə parçalayan Berlin divarları yıxılıb və ölkə birləşib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060380