“Berdzor” yazısını dağıdanlar niyə həbs olunub? - DİN-dən açıqlama

2022-09-02 14:27:00

“Berdzor” yazısını dağıdanlar niyə həbs olunub? - DİN-dən açıqlama

 

“Vətəndaşların Laçın rayonu ərazisində lövhəni (“Berdzor” yazısı - red.) sındırması ilə bağlı inzibati qayda həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır”.

Bu barədə Daxili İşlər Nazirliyinin Şöbə rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyevin sözlərinə görə, həmin şəxslərə digər səbəbdən 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub:

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Laçının girişindəki erməni dilində “Berdzor” (işğalda olduğu müddətdə Laçın ermənilər tərəfindən “Berdzor” adlandırılıb) yazılan löhvənin söküldüyünü əks etdirən görüntülər yayılıb. (yeniavaz.com)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061228