Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı – FOTO

2022-05-28 19:59:00

Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı – FOTO

Bərdə rayonunda yanğın hadisəsi baş verib. 

Hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.

Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.

 

Mənbə: Trend


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya