Saat:10:29
Haqqımızda

Bərdədə məscidin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? - Fotofakt

2025-06-18 17:24:05

Bərdədə məscidin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? - Fotofakt
Bərdə rayonunda qanunsuz tikinti aparılır. 
 
Bərdə rayonunun İsmət Qayıbov küçəsi ilə mərkəzi küçənin kəsişməsində yerləşən obyektə qanunsuz olaraq ikinci mərtəbə əlavə edilir.
 
Hurriyyet.az xəbər verir ki,bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.
 
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
 
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Bərdə rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxslərinin himayə etdiyi deyilir.
 
Əldə etdiyimiz digər məlumatda Bərdə rayonunda aparılan qanunsuz tikintilərə bilavasitə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovun vasitəsilə aparıldığı, rayonda obyekt tikmək, əlavə etmək istəyən şəxslərin mütləq onunla “hesablaşdığı” vurğulanır.
 
media-001
 
media-002
 
media-003
 
media-004
 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.143804