Bərdədə ana və iki yaşlı oğlu faciəvi şəkildə öldü

2021-11-25 15:37:00

Bərdədə ana və iki yaşlı oğlu faciəvi şəkildə öldü

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.