Bərdə xəstəxanasında BİABIRÇI VƏZİYYƏT: Bina müasir olsa da, diaqnostika APARATLAR İŞLƏMİR + VİDEO

2022-07-29 22:15:00

Bərdə xəstəxanasında BİABIRÇI VƏZİYYƏT: Bina müasir olsa da, diaqnostika APARATLAR İŞLƏMİR + VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasının binası yeni olsa da, içindəki bəzi zəruri diaqnostika avadanlıqları aylardır işləmir. Tibb müəssisəsinin diaqnostika bölməsində bəzi avadanlıqların işləməməsi həkim və pasiyentlərin narazılığına səbəb olub.

Həkimlər deyirlər ki, rentgen və kompüter tomoqrafiya aparatlarının işləməməsi göstərdikləri xidmət sahəsində ciddi çətinliklər yaradır.

Yerli sakinlər isə diaqnostik müayinəni almaq üçün qonşu rayonlara üz tutmağa məcbur qalırlar. Bu problem həmçinin pasiyentlərə icbari tibbi sığortanın imkanlarından tam yararalanmağa da imkan vermir.

Xəstəxanadan bildirildi ki, tibbi avadanlıqların nasaz vəziyyətdə olması ilə bağlı aidiyyətı üzrə məlumat verilib. TƏBİB-dən isə problemin həlli istiqamətində işlərin görülməsinə başlandığı bildirildi.

Hazırda xəstəxanada diaqnostik müayinələr bölgədə olan digər müəssisələrə yönləndirilməklə aparılır.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055217