Berbok Kiyevə səfər edib
Hurriyyet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfər edib.
Ukrayna paytaxtına səfər edən diplomat deyib: "Az qala min gündür ki, Putin müharibəsi ukraynalıların gündəlik həyatını sarsıdır — lakin, onların cəsarəti və azad Ukraynada təhlükəsiz həyata olan ümidi sarsılmazdır".
Berbok bildirib ki, Ukrayna artıq müharibənin üçüncü qışına daxil olur və onun yaşaması üçün dəstəyə ehtiyacı var, Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi və Moskvanın mülki infrastruktura güclü aviazərbələr endirməsi isə vəziyyəti daha da ağırlaşdırır.
Berbok deyib: "Ukraynalılar həm də Avropada hamımızın azadlığını müdafiə edirlər".
Bundan əvvəl may ayında Kiyevə səfər etmiş Berbokun Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna XİN rəhbəri Andrey Sibiqo ilə görüşləri planlaşdırılıb.
Hürr Tərcüman