Berbok Ermənistana gedir
2024-11-19 16:01:58
Hurriyyet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 19-da Ermənistanda işgüzar səfər edəcək.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Berbok Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüş keçirəcək. Ardından iki ölkənin nümayəndələrinin genişlənmiş formatda görüşü keçiriləcək.
Hürr Tərcüman