Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqəti çəkir.
Hurriyyet.az xəbər verir ki, Berbokun COP29 konfransı üçün Bakıya seçdiyi marşrutun özü belə təəccübləndirdi. Belə ki, əvvəlcə o, Ermənistana səfər etdi və erməni həmkarı ilə görüşərək, “regional” məsələlərin müzakirəsini apardı.
Niyə Bakıya səfər edərkən İrəvandan gəlməlidir? Axı Bakıya rəsmi səfərə gəlmir, bura gəlməsinin səbəbi yalnız COP29 konfransında iştirakdır. Belə olan halda “balansı qorumaq” üçün əvvəlcə Ermənistana getmək hansı məntiq və diplomatiya ilə izah edilə bilər?
Berbokun Bakıya səfəri və buradakı bəyanatları göstərdi ki, əslində, onun məqsədi qətiyyən COP-da təklif və təşəbbüslərlə çıxış etmək yox, məhz siyasidir və bunu da İrəvana səfərlə elan etməkdən belə çəkinmədi.
Məhz Berbokun Bakıdakı bəyanatlarına erməni mediasının diqqət göstərməsi də bəzi ehtimallara yol açır. Berbok konfransda iqlim müzakirələri və Almaniyanın mümkün öhdəlikləri əvəzinə Azərbaycanda insan haqları mövzusunda danışmaqla “fərqlənir”.
Azərbaycanda insan haqları mövzusu tabu deyil, sadəcə, Avropadakı bəlli bir dəstənin Bakıda keçirilən konfransa mane olmaq, onun əhəmiyyətini azaltmaq və bəzi ölkə liderlərinin COP29-a qatılmasının qarşısını almaq üçün “təzyiq vasitəsi” kimi sui-istifadə alətinə çevrildi. Bu baxımdan Bakıya gələn istənilən rəsminin burada müzakirəyə çıxarılan qlobal iqlim problemini bir tərəfə qoyaraq, tamamilə başqa “mövzuya” meyil etməsi qətiyyən birmənalı qarşılanmır. Xüsusilə bu, Almaniya xarici işlər naziri olarsa.
Almaniya dünyanın inkişaf etmiş ölkəsi olaraq bu konfransda daha böyük məsuliyyətlə iştirak etməli və digər ölkələrin, xüsusilə iqlimlə bağlı layihələr həyata keçirmək üçün maliyyə ehtiyacı olan ölkələrin istəklərini dinləməliydi. Əvəzində isə Annalena Berbok COP29 müzakirələrində gərginlik yaradır, qeyri-diplomatik cavablar verir və Bakıda mətbuat konfransı keçirib, “insan haqlarından” danışır, səfərinin təyinatına qətiyyən uyğun gəlməyən görüşlər keçirir – o cümlədən Qərbin Azərbaycandakı şəbəkəsi ilə.
Eyni zamanda, aldığımız məlumata görə, Berbok Bakıda bahalı butiklərdə alış-verişlə məşğuldur, qaldığı oteldə isə “masaj prosedurları” qəbul edir.
Yeri gəlmişkən, Annalena Berbokun Bakıda olarkən şəxsi həyatından dolayı narahatlıq yaşadığı da üzə çıxdı. Bəlli oldu ki, 17 il birgə yaşadığı ərindən ayrılmaq qərarına gəlib və bundan sonra övladlarının xətrinə əri ilə bir evdə yaşamağa davam etsə də, faktiki olaraq “tənha həyat” keçirəcək. Ola bilsin ki, bu psixoloji gərginlikdən dolayı masaja və sakitləşməyə ehtiyac duyur, həmçinin “ən gözəl antidepresion alış-verişdir” düşüncəsini tətbiq edir. Ancaq Berbok həyat yoldaşından ayrılan və düşdüyü depressiyadan qurtulmaq üçün gözəl və günəşli “cənub şəhərinə” istirahətə gələn turist deyil, Bakıda keçirilən BMT tədbirində böyük bir ölkəni təmsil edən xarici işlər naziridir. Bu baxımdan 44 yaşlı xanım Annalena şəxsi həyatının fəsadlarının siyasi meydanda aqressiv impulslarla müşahidə olunmasının ölkəsinə başucalığı gətirmədiyinin fərqinə varmalıdır./Axar.az/