BENZİNİN QİYMƏTİ BU GÜNDƏN BAHALAŞIR... - SƏBƏB

2022-06-01 14:00:00

BENZİNİN QİYMƏTİ BU GÜNDƏN BAHALAŞIR... - SƏBƏB

Bu gündən Azərbaycana idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitir.

Hurriyyet.az xəbər verir ki, eyni zamanda bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsi başa çatır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.

Azərbaycanda istifdə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, “Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb. Zavodun fəaliyyətini dayandırması ilə əlaqədar daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. Bunlar Rusiya, Rumıniya və Türkmənistan şirkətləridir.

Report.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya