Benzin və dizellə bağlı sürücülərə xoş xəbər

2023-03-17 20:57:00

Benzin və dizellə bağlı sürücülərə xoş xəbər

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.

“2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, - deyə hesabatda bildirilib.

Qeyd edək ki, hesabatı Milli Məclisdə Baş nazir Əli Əsədov təqdim edir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.249524