Belqorod atəşə tutuldu, 8 yaralı var
2024-05-09 09:11:01

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində səkkiz nəfər yaralanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
O bildirib ki, dörd nəfər qəlpə yaraları alıb. Onlardan biri isə 11 yaşlı qızdır:
"Hava hücumundan sonra bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəyib. Həmçinin, 37 nəqliyyat vasitəsi zərər görüb".
qafqazinfo.az
