Saat:23:02
Haqqımızda

“Bəli, bizim şarımızdır” – Çindən ABŞ səmasındakı obyektlə bağlı açıqlama

2023-02-03 22:52:00

“Bəli, bizim şarımızdır” – Çindən ABŞ səmasındakı obyektlə bağlı açıqlama

Pentaqon qurğunun kəşfiyyat apardığını bəyan etmişdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ-ın hava məkanında müşahidə edilmiş aerostatın həqiqətən də Çindən gəldiyi təsdiqlənib. Bu barədə Çinin Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən bildiriblər ki, bu, əsasən metereoloji sahədə elmi araşdırmalar aparan mülki aparatdır və ABŞ səmasına təsadüfən daxil olub. Açıqlamada deyilir: “Qərb küləklərinin təsiri altında və məhdud imkanlar səbəbindən hava gəmisinin özünüidarəsi planlaşdırılmış marşrutdan çox uzaqlaşıb”.

Xəbər verdiyimiz  kimi, hadisə ilə bağlı Pentaqondan verilən açıqlamada hava şarının Çin kəşfiyyatına xidmət elədiyi bildirilmişdi. Pentaqon şarın uçuş trayektoriyasının “bir sıra mühüm obyektlərin” üzərindən keçdiyini bəyan edib. ABŞ hərbi rəhbərliyi qurğunun parçalarının Montana ştatındakı yaşayış evlərinin üzərinə düşməsindən ehtiyat edərək hələlik hava şarını vurmamağı qərara almışdı.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR