Bələdiyyələr tərəfindən verilən çıxarışlar - Vətəndaşlar necə aldadılır?

2023-05-24 14:12:00

Bələdiyyələr tərəfindən verilən çıxarışlar - Vətəndaşlar necə aldadılır?

“Daşınmaz Əmlakın Dövlət Reysterindən hansısa bir çıxarış yoxdursa, həmin şəxsin həmin torpağa, evə heç bir hüququ yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri kommersant.az-a hüquqşünas Əkrəm Həsənov bələdiyyələrin torpaq sahələrinə vediyi çıxarışların hüququ əsası haqqında danışarkən deyib.

O, bildirib ki, bu sənədi bələdiyyə çıxarışı əvəz etmir:

“ Əgər bələdiyyə bunu edibsə, heç bir hüququ qüvvəsi yoxdur. Bələdiyyələr bu sənədləri verməklə səlahiyyətlərini aşmış olurlar. Əgər orda cinayət faktı varsa, prokurorluq həmin bələdiyyələrə qarşı cinayət işi açmalıdır”.

Hüquqşünas qeyd edir ki, bu halda bələdiyyə vətəndaşlara vurulan zərərəin əvəzini ödəməlidir:

“Birincisi vətəndaşlar onlara dəyən zərəri müəyyən etməli və bələdiyyədən tələb etməlidir. Bələdiyyə əgər bu ziyanı öz xoşu ilə qarşılamzsa məhkəməyə verə bilərlər. Və onlara verilən ərazinin, yaxud evin qiymətini bələdiyyədən tələb edə bilərlər.

Ola bilər ki, bələdiyyə bunu vicdanlı olaraq hesab edib ki, onun səlahiyyəti var. Hər kəsin də təqsirsizlik prizunsipiyası var. Amma fərqi yoxdur, hər bir vətəndaşa ziyan vurulubsa, vətəndaş ona vurulan zərərin əvəzini pul formasında tələb edə bilər.

Vətəndaş bələdiyyəni məhkəməyə verərək ödədiyi məbləği və hər ilə görə bu məbləğin 5 faizini tələb edə bilər”.

Əkrəm Həsənov vətəndaşların ev və ya torpaq sahəsi alarkən həmin ərazilərinin başqa şəxslərə satılıb-satılmaması haqqında yalnız daşınmaz əmlakın reysteri vasitəsi ilə məlumat ala biləcəyini bildirib:

“Ancaq vətəndaş üçü bunun fərqi olmamalıdır. Çünki o hər bir halda ona qanunsuz satılan daşınmaz əmlaka verdiyi pulu və hər ilə görə əlavə 5 faizini tələb edə bilər”.

Qeyd edək ki, Bakı və Abşeron rayonu ərazisində 150 min insana torpaq və evlərə bələdiyyələr tərəfindən saxta sənədlər verilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171682