Bələdiyyədən bu səlahiyyət alındı – Deputatlar etiraz etdi

2021-11-24 14:17:00

Bələdiyyədən bu səlahiyyət alındı – Deputatlar etiraz etdi

Milli Məclis “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun layihəsini ikinci oxunuşda qəbul edib.

Hurriyyet.az xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Fazil Mustafa və Razi Nurullayev dəyişikliklərin əleyhinə çıxıb.

Fazil Mustafa bələdiyyələrin səlahiyyətinin artırılmalı olduğunu bildirib.

Razi Nurullayev də bu institutun möhkəmləndirilməsini, bələdiyyələrin üzərində olan “torpaq satanlar” ifadəsinin yox edilməsinin vacibliyini nəzərə çatdırıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, il ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır. İndi aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək:

“Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.

Novruzov əlavə edib ki, bələdiyyə qurumları məktəb və bağçalar aça, digər obyektlər qura bilər və bunu onlara heç kəs qadağan etmir.

Məlumat üçün bildirək ki, qanun layihəsi ilə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olun