Saat:01:04
Haqqımızda

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

2024-03-28 00:28:06

"Tənqidlərimizə cavab olaraq AYNA məlumat yayıb. Məlumatda qeyd olunub  ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.  Bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik - 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımına səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli AYNA-nın yaydığı məlumatı şərh edərkən deyib.

"Dolayıblar bizi, əslində düz edirlər, onların vətəndaş qarşısında heç bir öhdəliyi, cavabdehliyi yoxdur. Allah qoymasa, guya, rəqəmləri “yumşaltmaq”, az göstərməyə, qəpik-qruşa çevirmək istəyiblər, amma ağlımızla, məntiqmizlə oynayırlar – yüksək tarifli aylıq ödənişi saata çevirib 20 qəpik olduğunu deyirlər, daha niyə utanırlar ki, lap irəli gedib rəqəmlərlə rəqs etməkdə davam etsinlər, desinlər ki, nə problem var, dəqiqəsi cəmi 0,33 qəpik edir, hətta saniyəyə çevirsələr daha da qabağa düşərlər" -  N.Cəfərli qeyd edib. 

Ekspert şərhində bildirib ki, əsas səbəb kimi də deyiblər ki, yığdıqları xərclərini qarşılamır: "Belə açıqlama olur?! Elə bil kimsə deyir ki, qonşumun yanından çiban çıxıb deyə, mənim maşınımın təkəri buraxıb! Ay müəllimlər, o zaman deyin görək sizin günlük-aylıq yığdığınız pul nə qədərdir, günlük-aylıq xərciniz nəmənədir?! Yəni, belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox!"

 

@  Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR