Saat:11:40
Haqqımızda

BELƏ DƏ OLMALI İDİ: Xankəndindən Azərbaycana müharibə elan etdi

2021-09-01 22:53:00

BELƏ DƏ OLMALI İDİ: Xankəndindən Azərbaycana müharibə elan etdi

Ermənistan parlamentində təmsil olaunan “Mənim şərəfim var”fraksiyasının lideri Artur Vanetsyanın başçılıq etdiyi Ermənistan Milli Assambleyasının nümayəndələri bu gün Azərbaycanın icazəsi olmadan,yaxut da rəsmi Bakının susqunluğundan istifadə edərək Xankəndinə gəliblər.Xankəndindəki rus sülhməramlı qüvvələr isə,10 noyabr  üçtərəfli anlaşmanın şərtlərin pozaraq bu  separatçıları Azərbaycan ərazisinə buraxıblar.Xankəndində Artur Vanetsyanın David David Galstyan adlı özü kimi separatçılarla görüşüb və bu görüşdə, Ermənistan parlamentinin üzvü Azərbaycana qarşı müharibə çağrışları dolu açıqlamalar verib.Maraqlısı budur ki,bir neçə gündür Azərbaycan mediası rəsmi Bakının Xankəndidə olan separatçıların səsləndirm olduqları bəyanatlara,açıqlamalara susqunluğu haqqında fikirlər yer almaqdadır. Rəsmi Bakı susduqca, isə Ermənistandakı,istərsə də sülhməramlı qüvvələrin nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçılar daha da azğınlaşırlar.Artur Vanetsyana bildirb ki, “şərəfim var” fraksiyası  Ermənistan parlamentində Qarabağla bağlı komissiya yaradılmasına cəht göstərsə də,hakim siyasi qüvvələr,yəni Paşinyan komandası buna imkan verməyib. Vanetsyana bir az da irəli gedərək üstüörtülü də olsa müharibə siqnalları verib. Deyib ki,”şərəfim var” fraksiyasına daxil olan qüvvələrin mövqei ondan ibarətdir ki, Qarabağ məsələsində öz müqəddəratını təyin etmək hüququ tanınmalı, 44 günlük müharibə zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqlar geri qaytarılmalıdır.

Milli Məclisin üzvü Məşhur Məmmədov müxbirimizə bildirib ki, Ermənistan müxalifətinin üzvülərinin sülhməramlı qüvvələrin nəzarəti altında olan Azərbaycan torpaqlarına,Xankəndinə gəlmələrinin qarşısını elə sülhməramlı qüvvələr almalı idilər: “Əgər onlar Ermənistan nümayəndələrinin əlini-qolunu sallayaraq nəzarət altında olan əraziyə buraxırlarsa,o zaman bu sülhməramlı qüvvələrin hərəkətləri geniş müstəvidə müzakirə edilməlidir. Azərbaycanın 10 noyabr üçtərəfli anlaşmaya imza atması,Ermənistanın kaputuliyasiya aktını imzalamasından irəli gəldi. Ermənistanın siyasi elitası ututmamalıdırlar ki,Azərbaycanın dəmir yumruğu yerindədir. Əgər onlar bir daha müharibə istəyirlərsə,o zaman müharibənin gətirəcəyi fəsadlara da razılamlaıdırlar”.Millət vəkili qeyd edib ki, Azərbaycan prosesləri səbirlə və təmkinlə müşahidə edir: “Bilindiyi kimi Ermənistanın rəhbərliyindən kimsə Xankəndinə gəlməyiblər və onlar,bu ilin yanvar ayında Azərbaycanın xəbərdarlığının nədən ibarət olduğunu anlayırlar.Görünür Ermənistan müxalifəti bu bəyanatdan nəsibini almaq üçün canfəşanlıq edir.Bu elə də çətin deyil və Azərbaycan onların Xankəndindən ayaqlarını kəsməyi gözəl bilir”. \\Vətəninfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR