Saat:06:44
Haqqımızda

Belçikadan təklif: “Əfqan qaçqınlar da suriyalılar kimi Türkiyəyə axın etsin”

2021-08-05 17:14:00

Belçikadan təklif: “Əfqan qaçqınlar da suriyalılar kimi Türkiyəyə axın etsin”

Hurriyyet.org xəbər verir ki, Belçika Avropa İttifaqının Türkiyə ilə razılaşmasının əfqan qaçqınlara da şamil edilərək genişləndirilməsini təklif edib.

Belçikanın Köçkünlər və Miqrasiya naziri Sami Mehdi “Taliban” təşkilatının fəaliyyəti səbəbindən yaranmış əfqan qaçqınları axınının başlanması ilə əlaqədar Avropa İttifaqının “Türkiyə Razılaşması”nın əfqanları da əhatə edəcək şəkildə genişləndirməsi çağırışı edib. Mehdi deyib: “Digər Aİ ölkələri ilə birlikdə Avropa Komissiyasına məktubla müraciət etmişik. Narahatlığımızı bildirdik və gələcəkdə qaçqın axınlarının öhdəsindən gəlmək üçün yeni yollar təklif edilməsini xahiş etdik”

Dünyada ən çox sayda qaçqına sığınacaq verən Türkiyə Əfqanıstandakı vəziyyətin gərginləşməsindən sonra bu ölkəni tərk edən əfqan qaçqınların ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəddə ciddi tədbirlər görməyə başlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR