Saat:11:42
Haqqımızda

Belaruslu atletlər kütləvi şəkildə ölkədən qaçır - Tokioya gedənlər geri dönmür...

2021-08-04 17:21:00

Belaruslu atletlər kütləvi şəkildə ölkədən qaçır - Tokioya gedənlər geri dönmür...

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən Belaruslu atletlər bir-brinin ardınca ölkəyə qayıtmaqdan imtina edir. Sonuncu dəfə heptatlet Yana Maksimava olimpiya medalçısı əri və övladı ilə Almaniyada qalmağa qərar verdiyini açıqlayıb.

O, buna səbəb kimi Belarusda demokratik qruplara və hökumətin tənqidçilərinə təzyiqin güclənməsini əsas göstərib.

Qeyd edək ki, Maksimovanın həyat yoldaşı Andrey Kravçenko dekatlon üzrə ölkə rekorduna malikdir, 2008-ci il Pekin olimpiadasında gümüş medal qazanıb. Maksimava avqustun 3-də "İnstagram"-da yazıb ki, Belarusda vəziyyət pisləşir, beynəlxalq təcrid artır və indi təkcə azadlığını deyil, həyatını da itirə bilərsən.

Bundan əvvəl isə belaruslu olimpiya atleti Kristina Timanovskaya Tokiodan repatriasiya olunmaqdan canını qurtara bilib. Belarus komandası rəsmiləri Tokioda Timanovksyanı təyyarəyə zorla mindirə bilməyiblər. O, Polşadan sığınacaq istəyib.

“Naşa Niva” qəzetinin yazdığına görə, “Vitsyaz” həndbol klubunun məşqçisi Konstantin Yakovlev Minskdən Ukraynaya qaçıb. O, hökumətə qarşı icazəsiz yürüşdə iştirakına görə iyunda 15 günlüyə saxlanmışdı.

"AzPolitika.info"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR