Belarusla Ukrayna arasında gərginlik – raket atıldı, nota verildi

2022-12-29 20:39:00

Belarusla Ukrayna arasında  gərginlik – raket atıldı, nota verildi

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, S-300 kompleksinin raketinin Belarus ərazisinə düşməsindən sonra Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarusun Xarici İşlər Nazirliyinə çağrılıb və ona nota təqdim edilib.

Nazirliyin açıqlamasında deyilir: “Bu gün Belarusun HHM sistemləri ilə Belarus ərazisində Ukraynanın S-300 kompleksinin raketi vurulub. Bu, çox ciddi insidentdir.  Belarus tərəfi də bu məsələyə çox ciddi yanaşır. Bununla əlaqədar Ukraynanın səfiri İqor Kizim Belarusun Xarici İşlər Nazirliyinə çağrılıb və qəti etiraz təqdim edilib”.

Belarus hakimiyyəti Ukraynadan “raketin atılması ilə ağlı bütün məsələləri dəqiq surətdə araşdırmağı, müqəssirləri məsuliyyətə cəlb eləməyi və gələcəkdə bu cür insidentlərin təkrarlanmaması üçün ciddi tədbirlər görməyi” tələb edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.179798