Belarusdan açıqlama: “NATO ilə müharibə astanasındayıq”

2023-08-16 13:38:00

Belarusdan açıqlama: “NATO ilə müharibə astanasındayıq”

Hurriyyet.az “Belta” informasiya agentliyinə istinadla xəbər verir ki, Belarusun Müdafiə naziri Sergey Xrenin XI Moskva Beynəlxalq Təhlükəsizlik konfansında çıxış edərkən bir çox ölkələrin Qərblə mübarizəyə qoşulduğunu bildirib. Xrenin deyib: “Bu gün bu mübarizə Qərb ilə Şərqin Ukrayna ərazisindəki qlobal qarşıdurmasına çevrilib.  Oradakı müharibə planeti faktiki olaraq üçüncü dünya müharibəsinin astanasına gətirib”.

Onun sözlərinə görə, hazırda Qərbi irimiqyaslı müharibədən saxlayan yeganə amil nüvə cavabı təhdididir.

Nazir deyib: “Təsadüfi deyil ki, Belarus taktiki nüvə silahının öz ərazisinə qaytarılmasını strateji müdafiənin təsirli faktorudur”.

Belarusun Müdafiə naziri  gələcəkdə NATO ilə birbaşa hərbi toqquşma ehtimalının çox açıq göründüyünü deyib.

Xrenin Qərbdə intensiv hərbi hazırlıq aparıldığını və bunun üçün böyük vəsaitlər sərf edildiyini deyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134866