Belarus bu ölkədəki səfirliyini bağlayır

2023-09-12 00:36:18

Belarus bu ölkədəki səfirliyini bağlayır

Belarus hökuməti ölkənin Slovakiyadakı səfirliyini bağlamaq qərarına gəlib.

Müvafiq qərar respublikanın qanuni internet portalında yerləşdirilib:

“Belarus Respublikasının Slovakiya Respublikasındakı səfirliyinin bağlanması haqqında” sənədin məzmunu ilə tanış olmaq mümkün deyil. Qərar sentyabrın 8-də qəbul edilib və sentyabrın 12-dən qüvvəyə minəcək”.

Qeyd edək ki, avqust ayında Belarusun Bratislavadakı səfirliyinin saytında sentyabrın 1-dən diplomatik nümayəndəlikdə konsulluq qeydiyyatında olan bütün vətəndaşların Belarusun Avstriyadakı səfirliyində qeydiyyata alınacağına dair xəbər yayılıb. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135863