Saat:18:50
Haqqımızda

Belarus Avropa ölkələrinə qarşı sanksiya tətbiq edəcək

2021-12-07 13:25:00

Belarus Avropa ölkələrinə qarşı sanksiya tətbiq edəcək

 

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqı bu yaxınlarda “Belavia” hava yolları şirkəti də daxil olmaqla Belarusdan olan 30 şəxsə və təşkilata qarşı sanksiya tətbiq eləməyi qərara aldıqdan sonra Belarus da Aİ ilə Böyük Britaniyaya qarşı cavab addımı atıb.

Belarusun Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Belarus hökuməti Belarusa qarşı qanunsuz sanksiya tətbiq edən ölkələrdən gələn bir sıra məhsulların idxalını qadağan eləməyi qərara alıb”.

Qərarın yaxın zamanda bəyan ediləcəyini bildirən XİN “Belavia” milli aviasiya şirkətinə qarşı tətbiq edilən sanksiyaların bənzərinin Britaniya və Aİ dövlətlərinin hava yolları şirkətlərinə qarşı tətbiq ediləcəyini qeyd edib. Nazirlik Belarus ərazisinə daxil olması qadağan edilən şəxslərin siyahısının da genişləndiriləcəyini bildirib.

Açıqlamada Rusiya ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ittifaq proqramının reallaşdırılmasının davamı, Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları və Asiya, Afrika, Latın Amerikası ölkələri ilə güclü iqtisadi əlaqələr yaradılmasının Belarus üçün mühüm assımlar sırasında olduğu, Aİ ölkələri ilə Britaniyaya qarşı sanksiyaların həmin ölkələrin soyuq müharibə məntiqindən vaz keçərək konstruktiv əməkdaşlıq yoluna qayıdacaqları halda ləğv ediləcəyi bildirilib.

Ötən həftə Aİ, ABŞ və Kanada belaruslu müxalifətçilərə təzyiq elədikləri və qaçqınları qəsdən Aİ sərhədinə topladıqları üçün Belarusun 30-a yaxın vətəndaşına və təşkilatına qarşı sanksiya tətbiq eləməyi qərara almışdılar.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR