BƏƏ şahzadəsi Ərdoğanla görüşəcək – 100 milyard dollar həcmində investisiya qoyacağı xəbəri yayılıb

2021-11-24 15:18:00

BƏƏ şahzadəsi Ərdoğanla görüşəcək – 100 milyard dollar həcmində investisiya qoyacağı xəbəri yayılıb

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl Nahyan ilə görüşəcək. Britaniyanın “Middle East Eye” portalı Nahyanın Türkiyəyə 100 milyard dollar həcmində investisiya qoymağı planlaşdırdığı xəbərini yayıb. 

Bəlli olduğu kimi, dünən türk lirəsi rekord həddə ucuzlaşıb və 1 dollar 12 lirədən də baha olub. 

Hürr Tərcüman