BƏƏ Prezidenti vəfat etdi
2022-05-13 15:40:00

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.
O, 2014-cü ildə insult keçirib və ciddi tibbi əməliyyata məruz qalıb. Ölkəni faktiki olaraq onun qardaşı, paytaxt Əbu-Dabinin əmiri Məhəmməd bin Zeyd Əl Nəhyan idarə edirdi.
Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ilin noyabrında, atası şeyx Zayed bin Sultan Əl Nəhyanın ölümündən sonra BƏƏ Prezidenti postunda onu əvəz edib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya