Saat:05:30
Haqqımızda

BDU rektorunun müşaviri və komendantı - BIÇAQLANDI (FOTO)

2021-07-27 15:10:00

BDU rektorunun müşaviri və komendantı - BIÇAQLANDI (FOTO)

Bakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.

***

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR