Saat:19:18
Haqqımızda

BDU-nun dosenti İtaliyada İTACA beynəlxalq layihəsinin görüşündə iştirak edib – FOTOLAR

2021-12-04 11:05:00

BDU-nun dosenti İtaliyada İTACA beynəlxalq layihəsinin görüşündə iştirak edib – FOTOLAR

 

Bakı Dövlət Universitetinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyeva 25-26 noyabr 2021-ci il İtaliyanın Roma şəhərininin La Sapienza Universitetində İTACA (“Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA”) beynəlxalq layihəsinin görüşündə iştirak etmişdir.

Hurriyyet.az xəbər verir ki, görüşdə Avropa tərəfindən İtaliyanın La Sapienza Universiteti, Danimarkanın Aalotg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkətinin nümayəndələri,  Azərbaycan tərəfdən isə  Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etmişdir. Layihənin Avropa tərəfindən koordinatoru professor Luca di Palma tədbiri giriş sözü ilə açaraq ilk növbədə Azərbaycan tərəfindən koordinator olmuş mərhum professor Məhəmmədəli Ramazanovun vəfatının 1 illik il dönümü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmış və professor Məhəmmədəli Ramazanovun layihənin ərsəyə gəlib çatmasında müstəsna xidmətləri olduğunu xüsusi vurğulamışdır. Professor Luca di Palma professor Məhəmmədəli Ramazanov İTACA qrant layihəsinin koordinatoru, elmi məsləhətçisi, əsas yaradıcısından biri olduğunu və onun vəfatının layihə komandası üçün çox ağır itki olduğunu qeyd etmişdir.

Professor M.Ə.Ramazanov ilə 2013-cü ildən başlayan sıx elmi əlaqələrinin olduğunu bildirən professor Luca di Palma onun xatirəsinin komanda iştirakçılarının qəlbində hələ uzun müddət yaşayacağının qeyd etmişdir. Daha sonra professor Məhəmmədəli Ramazanov haqqında xatirə çarxı təqdim edilmiş və onun xatirəsi bir neçə dəqiqəlik sükütla yad edilmişdir. Daha sonra professor Luca di Palma Baki Ali Neft Məktəbində Professor M.Ə.Ramazanov adına yaradılmış İTACA Training Mərkəzi haqda məlumat vermiş və layihənin büdcəsi hesabına Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün alınmış avadanlıqlar haqda geniş məlumat vermişdir. Daha sonra BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyeva çıxış edərək BDU-nun İTACA layihəsi çərçivəsində olan öhdəlikləri, qarşıdakı görüləcək işləri, layihə komandası və onların əsas vəzifələri haqda geniş məlumat vermişdir. Flora Hacıyeva İTACA layihəsi çərçivəsində BDU komandası tərəfindən Abşeron yarımadasının və Xəzər Dənizinin yüksək miqdarda neftlə çirklənmiş ərazilərinin ekoloji vəziyyətininin öyrənilməsininin,  torpaq və su nümunələrinin analizinin aparılması, həmçinin üzvi çirkləndiricilərnən çirklənmiş torpaq və su nümunələrinin təmizlənməsində müxtəlif  texnologiyaların hazırlanıb işlənməsi olduğunu qeyd etmişdir.

Həmçinin Flora Hacıyeva İTACA layihə çərçivəsində BDU-nun 3-cü dövr  postmagistratura səviyyəsində təhsil alacaq 12 Azərbaycanlı tələbələrinin tədrisinin, tədriq proqramlarının, mühazirələrinin, laborator işlərinin təşkilində olan öhdəlikləri və vəzifələri haqda diskussiyalarda iştirak etmiş və müfaviq təklifləri irəli sürmüşdür.

Hurriyyet.az

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR