BDU 28 min manatlıq hədiyyə alır: Siyahıda nələr var?
2025-12-02 21:58:47
Bakı Dövlət Universiteti (BDU) hədiyyə almaq üçün elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tenderin qalibi “ADMEDİA.AZ” MMC olub.
Məlumatda qeyd edilir ki, tərəflər arasında hədiyyələrin satın alınması üçün 28 min 703 manat dəyərində müqavilə imzalanıb.
Bəs, BDU hansı hədiyyələri alacaq? 28 min 703 manata nələri almağı planlaşdırıb? Tribunainfo.az bildirir ki, siyahıda 12 add məhsul qeyd edilib. Buraya 20 ədəd qovluq, 30 ədəd kepka, 30 ədəd polo köynək, 30 ədəd blaknot, 20 ədəd qələm, 10 ədəd armudu stakan dəsti, 50 ədəd qalstuk, 30 ədəd butalı kələğayı, 5 ədəd suvenir-xatirə hədiyyəsi və 5 ədəd suvenir– xatirə hədiyyəsi alınacaq.
Maraqlıdır, BDU bunca hədiyyəyə 28 min manatlıq bir büdcə necə müəyyənləşdirib?
\\Tribunainfo.az
