Saat:03:31
Haqqımızda

“BBC” MÜXBİRİNDƏN BLİNKENƏ ŞOK EYHAM – “ABŞ-ni ikiüzlü göstərmək..." (VİDEO)

2024-04-29 13:56:12

“BBC” MÜXBİRİNDƏN BLİNKENƏ ŞOK EYHAM – “ABŞ-ni ikiüzlü göstərmək...

7 oktyabr 2023-cü il tarixindən İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə böyük dəstək verən və özünü İsrailin “vəkili” kimi aparan ABŞ-yə qarşı beynəlxalq reaksiya getdikcə artır.

Hurriyyet.az xəbər verir ki, bu dəfə belə bir reaksiya ilə ABŞ dövlət katibi Antoni Blinken üzləşib.

Belə ki, bu günlərdə Çinə səfərə yollanan Blinken burada “BBC”dən Laura Bikerə müsahibə verib. Müsahibə əsnasında jurnalistin Qəzza ilə bağlı Blinkenə ünvanladığı sual ABŞ rəsmini çətin vəziyyətə salıb. “BBC” müxbiri Blinkeni dolayı yolla “ikiüzlü” adlandırıb.

Jurnalistin: “Siz Çini Rusiyaya təhlükəsizlik komponentləri satmaqda və buna görə də Ukraynadakı müharibəni uzatmaqda ittiham edirsiniz. Yaxşı, Siz eynisini edərək Qəzzada faciəyə və minlərlə insan tələfatına səbəb olmursunuzmu? ABŞ-ni ikiüzlü göstərmək mövzusunda çox uğurlusunuz” sözlərini böyük çaşqınlıqla qarşılayan Blinken qeyd olunanlarla bağlı heç nə deyə bilməyib.

Blinkenin jurnalistin dediklərinə əsaslı cavab verə bilməməsi sosial mediada trend mövzusuna çevrilib.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193246