BBC iddia edir: “Priqojinə sui-qəsd edilib”

2023-08-24 15:28:14

BBC iddia edir: “Priqojinə sui-qəsd edilib”

Hurriyyet.az xəbər verir ki, Bi-Bi-Si kanalının təhlükəsizlik məsələləri üzrə müxbiri Frenk Hardner Britaniyadakı hərbi mənbələrə istinadla “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin də ölümünə səbəb olan təyyarə qəzasının RF Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunduğunu güman elədiklərini bildirib.

Mənbənin sözlərinə görə, FTX Prezident Vladimir Putinə sadiqdir və sərhəd xidməti də bu quruma tabedir.

Mənbə iddia edir ki, Priqojinin aradan getməsi Müdafiə naziri Sergey Şoyqu ilə Baş qərargah rəisi Valeri Gerasimovun mövqelərini möhkəmləndirəcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141189