Bazarda qara almaz kimi tanınan Truffle göbələyi

2022-07-21 22:37:00

Bazarda qara almaz kimi tanınan Truffle göbələyi

Truffle göbələyi ağac köklərində, torpaq altında 20-50 sm dərinlikdə yetişən yeməli göbələk növüdür.Yeməli göbələk növlərinin içində ən dadlı və ləzzətlisidir.Truffle bazarda qara almaz kimi tanınan xüsusi bir göbələkdir.

Məlumdur ki, bu göbələk Fransa, İtaliya, Xorvatiya və İspaniya kimi ölkələrdə daha geniş yetişdirilir.Azərbaycanda da bitən növləri var. Dilimizdə adına donbalan deyilir. Digər Türk xalqları da onu bu adla tanıyırlar.Truffle göbələyinin üst səthi sərt bir qabıq ilə örtülmüşdür.Bu qabığın ləzzətini pozmamaq üçün bişirmə sırasında deyil,servis edərkən soymaq lazımdır.

Truffle olgunlaşdıqda,təxminən qoz boyda,çəkisi isə 100 qr olur və bu ölçüdə ən dadlı vaxtı olur.Ancaq hardasa portağal böyüklüyündə,hətta 1 kq ağırlığa qədər çata bilir.

Truffle soyuducuda bir konteynerdə saxlanılmalıdır və su ilə təmasda olmamalıdır,çünki su truffle – nin tez xarab olmasına və çürüməsinə səbəb olur.Truffle göbələyinin toplanması üçün xüsusi bir mövsüm yoxdur.70-dən çox çeşidi olan Truffle göbələyini müxtəlif iqlim və bitki şəraitində böyüməkdədir.Növündən asılı olaraq kilosu 250 avro ilə 3000 avro arasında dəyişir

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov 

Mənbə: Qidalemi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051576