Bayramov və Mirzoyan yenidən görüşür: Gələn həftə sülh müqaviləsi imzalanacaq?

2022-09-30 10:50:00

Bayramov və Mirzoyan yenidən görüşür: Gələn həftə sülh müqaviləsi imzalanacaq?

“Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq”.

Hurriyyet.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib.

“Biz Cənubi Qafqazda davamlı sülhə nail olmağı hədəfləyirik”, - Hunanyan bildirib. 

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 19-da Nyu-Yorkda görüşüb. 

Xatırladaq ki, ötən gün bir sıra erməni KİV-ləri oktyabrın 6-da keçirilməsi planlaşdırılan Aİ-nin qeyri-rəsmi sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyini, habelə həmin görüşdə Paşinyanın özü ilə sülh müqaviləsinin ilkin variantını da aparacağını iddia ediblər. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.249650