Saat:00:05
Haqqımızda

Bayramov Çavuşoğlu ilə görüşdü - Foto

2022-12-01 10:05:00

Bayramov Çavuşoğlu ilə görüşdü - Foto

Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR