"Bayraktar”lar bizi təngə gətirdi” – Rusiya hərbçilərinin SƏS YAZISI - VİDEO

2022-05-11 14:58:00

Rusiya hərbçiləri Ukraynaya qarşı müharibədə böyük itkilər verməkdə davam edir. Onlar orduları üçün vacib olan texnikanı itirərək qorxu içində ölürlər.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, bunu Zmeynıy adası yaxınlığında “Raptor” qayıqlarının məhv edilməsindən bir neçə dəqiqə əvvəl Rusiya hərbçilərinin danışıqlarının ələ keçirilməsi də təsdiqləyir.

Danışıqlarda Zmeynidə baş verən son hadisələrdən söhbət gedir.

Orada təşviş içində olan Rusiya hərbçilərinin havadan dəstək tələb etdiyini və “Bayraktar”ın onları izlədiyini qışqırdığını eşidə bilərsiniz.

“Təngə gəldik, “Bayraktar” bizə atəş açıq. Havadan dəstək hanı?! “Bayraktar” hələ də bizi izləyir”, - Hərbçilərdən biri deyir.

Mayın 2-də “Bayraktar” pilotsuz uçan aparatı Zmeynıy adası yaxınlığında Rusiyanın “Raptor” tipli iki hərbi qayığını məhv edib.

Bundan başqa, mayın 8-də həmin ada yaxınlığında “Bayraktar” Rusiyanın “Serna” desant qayığını və 2 “Raptor” desant-hücum qayığını məhv edib.
 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya