Saat:11:40
Haqqımızda

Bayraktar: “TSQ bu texnologiya sahəsində dünyada ən inkişaf etmiş qüvvəsidir”

2021-09-16 13:02:00

Bayraktar: “TSQ  bu texnologiya sahəsində dünyada ən inkişaf etmiş qüvvəsidir”

 

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Selçuk Bayraktar iştirakçısı olduğu bir televiziya proqramında Türkiyənin müdafiə sənayesi ilə bağlı suallara cavab verib. Bayraktar deyib: “Dünyada PUA texnologiyasından ən yaxşı istifadə edən qüvvənin kim olduğunu soruşsalar, cavabında “Türkiyə Silahlı Qüvvələri” deyərdim. Türkiyə ən mürəkkəb, çətin əməliyyatlarda və çox yüksək səviyyələrdə PUA texnologiyasından istifadə edir. Bu texnologiyadan istifadə eləmək, onu adaptasiya eləmək o qədər də asan deyil”. 

O, “Bayraktar TB2” layihəsinin Türkiyə Silahlı Qüvvələri üçün terrorla mübarizədə böyük üstünlük təmin edəcək gizli layihə kimi başladıldığını əlavə edib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR