"BAYRAKTAR" RUSİYANIN İKİ KATERİNİ MƏHV ETDİ - Rusların son itkiləri açıqlandı + VİDEO (Yenilənib)

2022-05-03 12:01:00

“Bayraktar TB-2” PUA-sı bu gün Ukraynanın İlan adası yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 2 “Raptor” tipli kateri məhv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda paylaşım edib.

“Bayraktar” iş başındadır”, - Baş Komandan vurğulayıb.

 

 

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 800 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 048 ədəd tankı, 2 519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 824 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 271 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

 

 

Donetsk Vilayət Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 50%-nə nəzarət edir.

O,  "Report"un Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşına deyib ki, vilayətdə vəziyyət gərgin olaraq qalmaqdadır: "Cəbhə boyunca hərbi əməliyyatlar, atəşlər davam edir. Volnovaxa şəhəri tamamilə dağıdılıb. Hazırda Ukrayna Silahlı Qüvvələrinin mövqeləri möhkəmkədirilə biləcək ərazilərə keçirilib. Avdeyevskaya, Marinskaya, Krasnoqorovskaya, Kramotorsk şəhəri, Slavyansk, Limanskda hərbi əməliyyatlar gedir. Ukrayna Silahlı Qüvvələrinin, qruplaşmaların mövqeləri möhkəmləndirilib".

Ətraflı

P.Kirilenko vurğulayıb ki, Donetsk vilayəti ərazisində hadisələrin necə cərəyan etməsindən asılı olaraq, düşmənin hücumunun qarşısını almaq, onu darmadağın etmək və imkan düşərsə əks-hücuma keçmək üçün öz mövqelərini lazımi qədər saxlamaq iqtidarındadırlar: "Ümumilikdə, bu günə olan məlumata görə, vilayət ərazisində 258 nəfər öldürülüb, 854 nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələri vilayətin 50%-nə nəzarət edir. Rusiya tərəfinin ələ keçirdiyini elan etdiyi ərazilərə gəlincə, əlimizdə olan məlumatlara və Rusiya tərəfinin hərəkətlərinə əsasən deyə bilərik ki, Mariupol şəhərinin üzərində Ukrayna bayrağı dalğalanmaqda davam edir. Şəhərin 90%-i dağıdılıb".

 

 

Vilayət Administrasiyasının rəhbəri diqqətə çatdırıb ki, Volnovaxa şəhərində də vəziyyət eynidir: "Şəhər tamamilə dağıdılıb. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələri müdafiəni daha yaxşı təşkil edə biləcəkləri mövqelərə keçiblər ki, müvafiq dəstək aldıqdan və yenidən qruplaşdıqdan sonra əks-hücuma keçə bilsinlər".

Qeyd edək ki, 2014-cü ildən bu yana mərkəzi Donetsk şəhəri də daxil olmaqla bir sıra rayonları separatçılar tərəfindən işğal altında olan vilayət sülh dövründə Ukraynanın kənd təsərrüfatı, sənayə və təbii müalicəvi mərkəzlərindən olub. Eyni zamanda, strateji coğrafi əhəmiyyət kəsb edən vilayət hazırda Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə həlledici hədəfə çevrilib. Vilayətin separatçılar ilə təmas olan ətraf kəndləri hazırda poliqona çevrilib, Ukraynanın nəzarətində qalan şəhərləri artilleriya atəşinə tutulur, eyni zamanda vilayət Rusiya tərəfindən mühasirəyə alınmağa cəhd edilir.

 

 

"Əvvəlcə humanitar yardım gətirir, daha sonra eyni yük maşınları ilə meyitləri aparırlar. Bu, logistikanın russayağı optimallaşdırılmasıdır".

Bunu isə Ukraynanın Mariupol şəhərinin Şurası teleqramda açıqlayıb.

Bildirilib ki, əvvəlcə işğalçılar bir miqdar qida gətirir, daha sonra eyni nəqliyyat vasitəsilə hələ də qalıqlar altından çıxarılan öldürülmüş mariupolluları meyitlərini aparırlar: “Dünya Rusiyanın Mariupol və bütün Ukraynanın mülki əhalisinə qarşı hərbi cinayətləri haqqında bilməlidir”.

Qeyd edək ki, Rusiya hərbçiləri Ukraynanın dinc əhalisinə qarşı törədilən qətliam aktlarını gizlətmək üçün həlak olanların meyitlərini toplayaraq qardaşlıq məzarında dəfn edir və ya mobil krematori vasitəsilə onları yandırır.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya