“Bayraktar” Rusiyanın desant katerini belə məhv etdi - VİDEO

2022-05-07 15:21:00

“Bayraktar” Rusiyanın desant katerini belə məhv etdi - VİDEO

Ukrayna hərbçiləri ötən gün Rusiya Silahlı Qüvvələrinə məxsus “Serna” adlı yüksəksürətli desant katerini və digər döyüş texnikalarını “Bayraktar TB2” pilotsuz təyyarəsi ilə məhv edib.

Hurrriyyet.az Lent.az-a istinadən xəbər verir ki, hadisə müharibənin ilk günlərində ruslar tərəfindən ələ keçirilən Zmeynı adasının yaxınlığında baş verib.

Katerin vurulma anı Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı tərəfindən “Facebook”da yayımlanıb.

Qeyd edək ki, "Serna" 4-cü dərəcəli gəmilərə aiddir. Katerin əsas vəzifəsi qabaqcıl desant (92 nəfərə qədər) bölmələrini, həmçinin hərbi texnikanı (ümumi çəkisi 45 tona qədər) sahilə çatdırmaq və yerləşdirməkdir.

Katerin vurulma anını təqdim edirik:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya