Saat:03:28
Haqqımızda

Bayraktar qardaşları "Forbes" siyahısına düşdülər - Ərdoğanın kürəkəni milyarderlər sırasında

2024-04-03 15:03:14

Bayraktar qardaşları

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Selçuk və Haluk Bayraktar qardaşları "Forbes"in milyarderlər siyahısına düşüblər. Bəlli olduğu kimi onların "Baykar Defense" şirkəti "Bayraktar" dronunun istehsalı ilə məşğuldur.
Qardaşların 1,1 milyard dollar vəsaitə malik olduğu qeyd edilib.
Türkiyə Prezidenti R.T.Ərdoğanın kürəkəni Selçuk Bayraktar "Baykar" şirkətinin səhmlərinin 52,5 faizinə sahibdir. O, şirkətin direktorlar şurasına başçılıq edir və texniki direktor vəzifəsini icra edir. Selçuk Bayraktar 2016-cı ildə prezidentin qızı Sümeyya Ərdoğanla ailə qurub. 
Haluk Bayraktar şirkətin səhmlərinin 47,5%0nə sahibdir və baş direktor postunu tutur.
Şirkətin əsasını onların atası mərhum Özdemir Bayraktar 1984-cü ildə qoyub. Firma uzun illər Türkiyə avtomobil sənayesi üçün ehtiyat hissələri istehsalı eləməklə məşğul olub, 2000-ci illərin əvvəllərindən PUA istehsalına başlayıb.
"Baykar" şirkətinin dünyada ən tanınmış məhsulu xaricdə böyük tələbatla qarşılaşan "Bayraktar" dronudur. 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198392