Saat:01:17
Haqqımızda

“Bayraktar DİHA” gəlir – yeni dron növü 2022-ci ildən kütləvi istehsal ediləcək

2021-09-23 15:33:00

“Bayraktar DİHA” gəlir – yeni dron növü 2022-ci ildən kütləvi istehsal ediləcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin “Baykar Degence” şirkəti İHA (İnsansız Hava Aracı – PUA, Pilosuz Uçuş Aparatı), SİHA (Silahlı İnsansız Havar Aracı – SPUA Silahlı Pilotsuz Uçuş Aparatı) istehsalından sonra DİHA (Dikey İniş Kalkışlı İnsansız Hava Aracı Sistemi – Pilotsuz Şaquli Eniş-Uçuş Aparatı) istehsalına başlamağı planlaşdırır.

“Bayraktar DİHA”  dronu Türkiyədə keçirilən Teknofest-2021 Beynəlxalq Aviasiya, Kosmos və Texnologiyalar Festivalında təqdim edilib.

“Bayraktar DİHA” “TGG Anadolu” universal desant gəmisinin aviaqrupunun tərkibinə daxil ola bilər. Yeni tipli dron şaquli (dik) eniş-uçuş xüsusiyyəti ilə dar sahədə əməliyyat qabiliyyəti təmin edir. 150 kilometrə qədər əlaqə saxlama mənzilinə malikdir. Motoru benzini qənaətlə işlədir. 12 saata qədər havada qala bilir.

“Bayraktar DİHA” dronların 2022-ci ildən kütləvi istehsal edilməsi planlaşdırılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR