“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

2022-06-15 22:17:00

“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

Türkiyədə “AKINCI” pilotsuz uçuş aparatı daha bir uğura imza atıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.

“TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 ilə ilk atəş sınağı uğurla tamamlanıb.

“Baykar”ın açıqlamasına görə, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 sursatı ilə iyunun 14-də Çorludan havaya qalxan “Bayraktar AKINCI” Sinop sahillərində həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamladı.

“AKINCI” üzərindəki elektro-optik kamera və yerdəki telemetriya antenləri 30 kilometr uzaqlıqdakı hədəfin yüksək dəqiqliklə vurulduğunu təsdiqləyib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya