Baydenin səhhəti ilə bağlı həkimindən daha bir açıqlama

2022-07-25 09:09:00

Baydenin səhhəti ilə bağlı həkimindən daha bir açıqlama

Koronavirusa yoluxmuş ABŞ Prezidenti Co Baydenin əsas simptomu boğaz ağrısı olaraq qalır.

Hurriyyet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika liderinin həkimi məlumat verib.

Ağ Evin mətbuat xidməti tərəfindən yayılan məlumatda ABŞ Prezidentinin səhhətinin yaxşılaşmağa doğru davam etdiyi bildirilir.

Qeyd edilib ki, Baydenin temperatur, təzyiq, nəbz və tənəffüsü normaldır, ağciyərləri təmizdir.

Həkiminin sözlərinə görə, Bayden “Paxlovid”i qəbul etməyə davam edir və dərmana yaxşı reaksiya verir: 

“Prezidentin arabir öskürəyi tutur və səsi bir az zəifləyib”.

Qeyd edək ki, cümə axşamı Baydenin koronavirus testinin nəticəsi pozitiv çıxıb. O, 5 gün karantində olacaq. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065824