Baydenin koronavirusa görə distant işləməsinin “cərimə”sini həyat yoldaşı çəkdi - VİDEO

2022-07-23 00:01:00

Baydenin koronavirusa görə distant işləməsinin “cərimə”sini həyat yoldaşı çəkdi - VİDEO

ABŞ Prezidenti Co Baydenin koronavirusa görə distant işləməsinin “cəriməsini” həyat yoldaşı Cill Bayden çəkir. Belə ki, ölkənin birinci xanımı həyat yoldaşının ünvanına səsləndirilən bütün təhqirlərə özü cavab vermək məcburiyyətində qalıb.

Hadisə Konnektikut ştatında baş verib. Cill Bayden Nyu-Heyven şəhərində Bayden Administrasiyasının “ABŞ Yardım Planı” tərəfindən maliyyələşdirilən yay təlim proqramlarının təşviqi üçün turda olub. Səfəri zamanı o, əyalət qubernatoru Ned Lamontun müşayiəti ilə dondurma almaq üçün dayanıb. Birinci xanım maşından mağazanın qapısına tərəf gedəndə mühafizəçilərin arxasından bir kişi səslənərək Co Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb və “Siz bizə benzin pulu borclusunuz”, - deyə qışqırıb.

Cill Bayden isə onun sözlərinə yalnız “Çox sağ olun!” deməklə kifayətlənib.

Qeyd edək ki, ötən gün ABŞ liderinin reytinqinin tarixi minimuma endiyi məlum olub. Rəyi soruşulan amerikalıların yalnız 30%-i onun siyasəti ilə razıdır.

Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055816