Baydenin bu hərəkəti Brejnevlə MÜQAYİSƏ EDİLDİ

2022-04-16 16:24:00

Baydenin bu hərəkəti Brejnevlə MÜQAYİSƏ EDİLDİ

“The American Conservative” jurnalının redaktoru Rod Dreher ABŞ Prezidenti Co Baydeni Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevlə müqayisə edib.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, söhbət Baydenin Ağ Evdə Barak Obama ilə görüşündəki davranışından gedir.

Dreherin sözlərinə görə, ABŞ lideri Bayden ətrafda olmayan biri ilə əl sıxmağa çalışıb, daha sonra səhnənin ətrafında məqsədsiz şəkildə gəzməyə başlayıb.

Jurnalist xatırladıb ki, Bayden ABŞ Silahlı Qüvvələrinin ali baş komandanıdır:

“Belə olan halda onun özünü idarə edə bilməyəcəyi tamamilə aydın olur… Seçkilərdəki mövqeyinin zəifliyi baxımından mən Baydeni Cimmi Karter kimi düşünürdüm. Ancaq indi o, mənə keçmiş SSRİ rəhbəri Leonid Brejnevin hakimiyyətinin son illərindəki davranışlarını xatırladır”.

Baydenin qəribə davranışı sosial şəbəkələrdə də təəccüb doğurub. Həmçinin, bəzi siyasətçilər, o cümlədən 51 yaşlı Texas senatoru Kruz dövlət başçısının idrak funksiyalarının mümkün pisləşməsinə işarə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya