Saat:12:04
Haqqımızda

Baydenin bloknotları da müsadirə edildi: “Şəxsi həyatına dair qeydlər var...”

2023-01-28 10:13:00

Baydenin bloknotları da müsadirə edildi: “Şəxsi həyatına dair qeydlər var...”

Hurriyyet.az “Ukrainksaya pravda” nəşrinə istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Bürosunun əməkdaşlarının ABŞ Prezidenti Co Baydenin Delaver ştatındakı evindən müsadirə elədikləri sənədlər arasında onun bloknotları da olub. Buna səbəb olaraq dərftərçələrdəki qeydlərin bir qisminin Baydenin vitse-prezident olduğu dövrdəki rəsmi fəaliyyəti ilə əlaqədar olduğu və məxfi məlumatlar ola biləcəyi göstərilir. ABŞ-ın Prezident yazıları barəsində qanununa görə, onlar dövlət mülkiyyəti hesab edilə bilər. “NBC News” nəşrinə müsahibə verən mənbənin sözlərinə görə, dəftərçələrdə Baydenin həm şəxsi həyatına, həm də xidməti fəaliyyətinə dair qeydlər var.

Bu ilin yanvar ayında Ağ Evin hüquqşünasları Co Baydenin Delaverdəki evində bir sıra məxfi sənədlər aşkar ediblər. Bundan əvvəl isə onun komandasının Vaşinqtondakı analitik mərkəzində tapılmış sənədlər müsadirə edilmişdi.

ABŞ Baş Prokuroru Merrik Harlend xüsusi prokuror Robert Qura Baydenin məxfi sənədlərlə necə davranmasını araşdırmağa başlaması göstərişini verib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR