Baydenin administrasiyası Çin üçün qaydaları sərtləşdirir - YENİ PLAN

2023-03-11 20:36:00

Baydenin administrasiyası Çin üçün qaydaları sərtləşdirir - YENİ PLAN

ABŞ Prezidenti Co Baydenin administrasiyası yarımkeçirici istehsal avadanlıqlarının Çinə ixracı ilə bağlı qaydaların sərtləşdirilməsi planı hazırlayır.

Bayden administrasiyası bununla bağlı elanın aprel ayında veriləcəyini açıqlayıb. Təşəbbüs Çin sənayesinin öz çiplərini istehsal etməsinin qarşısını almaq üçün təşviq edilir.

Yeni qaydalara əsasən, ixracı üçün xüsusi lisenziyaların alınması tələb olunan malların siyahısında adların sayı (hazırda 17) artırılacaq.

ABŞ həmçinin öz fəaliyyətlərini əsas çip istehsalçıları olan Niderland və Yaponiya ilə əlaqələndirmək niyyətindədir. Eyni zamanda, Tokio və Amsterdam imtina etsə belə, Vaşinqton məhdudiyyətlərə gedəcək. \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.245604