Saat:04:45
Haqqımızda

BAYDENDƏN NÖVBƏTİ KOBUD SƏHV – ABŞ-nin strateji müttəfiqlərini "ksenefob" adlandırdı (VİDEO)

2024-05-04 13:24:16

BAYDENDƏN NÖVBƏTİ KOBUD SƏHV – ABŞ-nin strateji müttəfiqlərini

ABŞ Prezidenti Co Baydenin bəyanatı Vaşinqtonu Asiyadakı müttəfiqləri ilə fikir ayrılığına salıb.

Hurriyyet.az xəbər verir ki, ötən gün seçki kampaniyasıyla bağlı tədbirdə iştirak edən Bayden Çin və Rusiya ilə yanaşı, Hindistan və Yaponiyanı da “xarici düşməni ölkələr” kimi təqdim edib. O, çıxışnda Rusiya, Çin, Hindistan və Yaponiyanın əcnəbiləri istəmədiyini deyib və bu ölkələri ksenefob olmaqda günahlandırıb.

Qeyd edək ki, Baydenin bu açıqlamasına ABŞ-nin müttəfiqləri hesab olunan Hindistan və Yaponiyadan cavab gecikməyib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Baydenin açıqlamalarını rədd etdiklərini və ölkəsinin hər kəsə açıq bir cəmiyyət olduğunu bildirib.

Yaponiyanın ABŞ-dəkı səfirliyi isə öz bəyanatında Baydenin sözlərini “çox uğursuz və əsassız” adlandırıb.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.161008